İlham Əliyev: Azərbaycan daha 3 kəndi işğaldan azad etdi (yenilənir)

“Yoluxmanın səviyyəsinin 500-ü keçməsi gün ərzində bir neçə məktəbin bağlanmasına gətirib çıxara bilər”.

Source: Azertac


11.10.

Oktyabrın 16-da səhər saatlarından başlayaraq Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə

tutulur

.

***


11.20.

Sentyabrın 27-dən başlanan hərbi əməliyyatlar nəticəsində 47 mülki şəxs həlak olub, 222 nəfər xəsarət alıb.

Məlumatı Azərbaycan Baş Prokurorluğu

yayıb

.

Məlumatda bildirilir ki, Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1669 ev, 84 çoxmənzilli yaşayış binası və 301 mülki obyekt yararsız vəziyyətə düşüb.

***


13.48.

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat

yayıb

.

Xəbərdə qeyd edilib ki, dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.


17.37.

“Heç bir zaman mülki insanlara atəş açmadıq”

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “A Haber” televiziyasına müsahibəsində deyib.

O, Ermənistan silahlı qüvvələrinin mülki şəxləri öldürülməsi barədə danışarkən bildirib ki, qarşı tərəf acizlikdən bu addımları atır.

“Ermənistan ordusu ordumuz qarşısında acizdir. Bizə müqavimət göstərməyən Ermənistan mülki insanları vurur. Heç bir zaman mülki insanlara atəş açmadıq, bu gün də açmayacağıq. 47 vətəndaş həyatını itirdi, 222 vətəndaşımız yaralandı. Bu namərd hücumlar bizi yolumuzdan döndərə bilməz. Biz öz torpaq bütövlüyümüzü bərpa etməyə davam edəcəyik”, – deyə İlham Əliyev bidirib.


17.45.

İlham Əliyev çıxışında bidirib ki, Azərbaycan Şuşanı da azad etməkdə israrlıdır.

"Şuşasız bizim işimiz yarımçıq olar. İstiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlərlə müqayisədə eynidir, bərabərdir. Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimzidir. Qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Müzakirələr zamanında da hər zaman bu məsələ gündəlikdə idi”, – Əliyev qeyd edib.


15.45.

Azərbaycan Ordusu daha 3 kəndi işğaldan azad edib.

Bu barədə Prezident İlham Əliyev “Twitter” hesabında yazıb.

“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!“, – İlham Əliyev qeyd edib.

Ana səhifəSosialİlham Əliyev: Azərbaycan daha 3 kəndi işğaldan azad etdi (yenilənir)