Nazir: ”Heç şübhə etmirəm ki, işğal olmuş rayonları bir-bir azad edəcəyik”

”Beynəlxalq təşkilatlarla danışıqlar gedir”

Source:
Elmar Məmmədyarov


”Beynəlxalq təşkilatlarla danışıqlar gedir”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşdən sonra keçirilən mətbuat konfransında BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsilə bağlı 4 qətnaməsinin önəmi barədə danışıb.

Xarici işlər naziri Elmar Məmmədyarov bu sənədlər xahiş etmir, işğal olunmuş ərazilərin azad olunmasını tələb edir:

“Lakin digər münaqişələrlə bağlı qətnamələr dərhal icra olunduğu halda, bu qətnamələr yerinə yetirilmir. Bu qətnamələr müddətli deyil. Biz onlara istinad edirik”.

Nazir “Heç şübhə etmirəm ki, işğal olmuş rayonları bir-bir azad edəcəyik”- deyə əlavə edib.

E.Məmmədyarov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına beynəlxalq təşkilatların cəlb olunmasını da vurğulayıb:

“Bu, birinci addımdır. Amma gec-tez məsələsi var. Beynəlxalq təşkilatlarla danışıqlar gedir. Bu bir günlük proses deyil. Gərək təqdim edəsən, cəlb edəsən. İlk növbədə, Azərbaycan hökuməti edəcək. Amma beynəlxalq təşkilatlarla təmaslar davam edir. Gərək yollar, su ilə bağlı arayışlar təqdim edilsin”.

Ana səhifəXəbərlərNazir: ”Heç şübhə etmirəm ki, işğal olmuş rayonları bir-bir azad edəcəyik”