Nazir: Əgər işlər qaydasında getsə, 40 faiz müəllimin əmək haqları artırılılacaq

“İşə qəbulla bağlı əvvəlki illərdə 17 min nəfər müraciət etmişdisə, bu il işə qəbulla bağlı 24 min nəfər müraciət edib”

Source:


“İşə qəbulla bağlı əvvəlki illərdə 17 min nəfər müraciət etmişdisə, bu il işə qəbulla bağlı 24 min nəfər müraciət edib”

“Azərbaycanda artıq 20 faiz müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib”. APA-nın xəbərinə görə, bu açıqlamanı təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, Azərbaycanın 3 böyük şəhəri və 9 rayonunda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirmənin keçirilməsi üçün hazırlıq işləri başa çatmaq üzrədir: “Əgər işlər qaydasında getsə, 2016-cı ilin yanvar ayından etibarən təxminən 40 faiz müəllimin əmək haqlarının artırılması planlaşdırılır”.

Təhsil naziri əlavə edib ki, bu il Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunan 188 nəfər tələbə 500-dən çox bal toplayıb: “Qeyd edim ki, əvvəl 19 nəfər 500-dən çox bal toplamışdı. Habelə, işə qəbulla bağlı əvvəlki illərdə 17 min nəfər müraciət etmişdisə, bu il işə qəbulla bağlı 24 min nəfər müraciət edib. Bu isə 2 ilə müəllimlik peşəsinə marağın 41 faiz artdığını göstərir”.

Ana səhifəXəbərlərNazir: Əgər işlər qaydasında getsə, 40 faiz müəllimin əmək haqları artırılılacaq