Mənbə: Google

Nazir: Diaqnostikadan keçən müəllimlərin orta aylıq əmək haqqı 600 manatı keçib

“Məktəblərdə müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb”

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükü norması 1,5 dəfə, onların əmək haqları 2 dəfə artırılıb.

Bunu təhsil işçilərinin respublka konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, indiyə qədər 150 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib.

Nazir deyib ki, Prezident İlham Əliyevin sərəncamı ilə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqqı sentyabrın 1-dən növbəti dəfə - 20 faiz artırılıb və bu artım da nəzərə alınmaqla təhsildə orta aylıq əməkhaqqı 600 manatı keçib, ümumtəhsil sistemində çalışan 5 mindən çox müəllimin bu artımdan sonra əmək haqqı 1000 manatdan çox təşkil edib.

Nazir həmçinin qeyd edib ki, abituriyentlərin 500-dən çox bal toplayanların 25 faizi müəllimlik ixtisasını seçib.

“Son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub”, - nazir deyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/gk7uti

Ən çox baxılan