Nazir: Diaqnostikadan keçən müəllimlərin orta aylıq əmək haqqı 600 manatı keçib

“Məktəblərdə müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb”

Source: google.az


“Məktəblərdə müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb”

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükü norması 1,5 dəfə, onların əmək haqları 2 dəfə artırılıb.

Bunu təhsil işçilərinin respublka konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, indiyə qədər 150 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib.

Nazir deyib ki, Prezident İlham Əliyevin sərəncamı ilə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqqı sentyabrın 1-dən növbəti dəfə – 20 faiz artırılıb və bu artım da nəzərə alınmaqla təhsildə orta aylıq əməkhaqqı 600 manatı keçib, ümumtəhsil sistemində çalışan 5 mindən çox müəllimin bu artımdan sonra əmək haqqı 1000 manatdan çox təşkil edib.

Nazir həmçinin qeyd edib ki, abituriyentlərin 500-dən çox bal toplayanların 25 faizi müəllimlik ixtisasını seçib.

“Son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub”, – nazir deyib.

Ana səhifəXəbərlərNazir: Diaqnostikadan keçən müəllimlərin orta aylıq əmək haqqı 600 manatı keçib