”Çevrilişçilərin ucbatından Türkiyənin imici üçüncü dünya ölkəsi səviyyəsinə düşüb”
“”Darbe” Türkiyəyə 300 mlrd lirə (100 mlrd dllar) ziyan vurub”. “Hurriyet” qəzeti yazır ki, bunu Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfekçi avqustun 2-də Ankarada keçirdiyi mətbuat konfransında deyib.
“Bütün təyyarə, vertolyot, silah və partlayıcı maddələrin dəyərini nəzərə alsaq, bu, ən azı 300 milyard lirə edir”- deyə nazir bildirib.
Tüfəkçi məbləğin yaxın perspektivdə atraçağını da bildirib: “Xaricdən verilən sifarişlər dayandırılıb, əcnəbilərin Türkiyəyə səfəri dayanıb. Çevrilişçilərin ucbatından Türkiyənin imici üçüncü dünya ölkəsi səviyyəsinə düşüb”.
İyulun 16-da Türkiyədə hərbi çevriliş cəhdi baş verib. Hadisələr zamanı 246 nəfər dünyasını dəyişib, 2000-dən çox şəxs yaralanıb, 60 mindən çox hərbçi, polis, hakim və müəllim vəzifəsindən uzqlaşdırılıb, həbs olunub, yaxud nəzarət altına alınıb.