”Başqa nazirliklərlə birgə bu koalisiyada iştirak formamızı ətraflı müzakirə etmək lazımdır”
“Azərbaycan İslam antiterror koalisiyasına qoşulmağı nəzərdən keçirir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Türkiyə XİN-in başçısı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir koalisiyaya qoşulmaq üçün yalnız Xarici İşlər Nazirliyinin yox, bir neçə nazirliyin zəruri olduğunu qeyd edib.
“Ona görə də başqa nazirliklərlə birgə bu koalisiyada iştirak formamızı ətraflı müzakirə etmək lazımdır”, – deyə E.Məmmədyarov bildirib.