“Gələn ilin dövlət büdcəsində sosial xərclərdə heç bir azalma yoxdur”, – bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir bildirib ki, ölkədə hər şey insanların rifahına görə yaradılıb:
“Baxmayaraq ki, çətin şəraitdir. Belə vəziyyətdə də növbəti ilin büdcəsində sosial xərclərdə müəyyən artımlar nəzərdə tutulub”.