Nazim İbrahimovun qardaşı ev dustaqlığına buraxılıb

Sahib İbrahimov

Sahib İbrahimov

Sahib İbrahimov dələduzluqda ittiham olunurdu

Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun həbsdə olan qardaşı Sahib İbrahimov təxminən bir həftə öncə azadlığa buraxılıb.

Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 308-ci (vəzifə səlahiyytlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunan S.İbrahimov cinayət məsuliyyətindən tam azad edilməyib. Binəqədi Rayon Məhkəməsi barəsində həbs-qətimkan tədbiri dəyişdirilib. S.İbrahimov ev dustaqlığına buraxılıb.

S.İbrahimov Bakıda çoxmərtəbəli binaların tikintisi ilə məşğul olurdu. O, inşa etdirdiyi binalarda mənzil satışıyla bağlı dələduzluqda ittiham olunaraq, bir ay öncə həbs edilmişdi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/82fffd

Ən çox baxılan