İllik istehsal gücü 5 min avtomobil
olsa da,
2015-
ci
ilin
birinci
yar
ı
s
ı
nda
c
ə
mi
325 ə
d
ə
d
minik
avtomobili
istehsal
edilib
Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans bir sıra açıqlamalarla yadda qaldı.
Tədbirdə dövlət başçısı məmurlara Naxçıvanda avtomobil zavodunun istehsal etdiyi maşınları almasını məsləhət görüb: “Dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”.
İqtisadçı Natiq Cəfərli muxtar respublikada buraxılan avtomobil barədə fikirlərini Facebook səhifəsində paylaşıb.
Meydan TV ReAL İdarə Heyətinin üzvünün qeydlərini təqdim edir:
Naxçıvanda Çinin “CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD.” Avtomobil Korporasiyası dəstəyi ilə 2010-cu ildə zavod tikildi.
2010-cu ildə 37 nəfər heyətlə fəaliyyətə başlayan NAZ-da hazırda 65 işçi çalışır. İllik istehsal gücü 5 min avtomobildir. Amma, 2015-ci ilin birinci yarısında Azərbaycanda cəmi 325 ədəd minik avtomobili istehsal edilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,6 faiz azdır. Bu günə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə sosial qayğıya ehtiyacı olan insanlara və veteranlara “NAZ-Lifan LF-320” model avtomobillər verilir. 2011-ci ildən bu günədək bu məqsədlə 2397 ədəd avtomobil istehsal olunaraq təhvil verilib.
Bu rəsmi hissəsi, keçək məsələnin məğzinə: Lifan maşınlarına Azərbaycan istehsalı demək, yumşaq desəm, gülməlidir. Bütün detallar (bir daha təkrar edirəm, bütün detallar) Çindən gəlir, Naxçıvanda sadəcə təkərləri, güzgüləri bağlanılır, buna rus dilində «Отвёрточная сборка» deyirlər, yəni, vintaçanla yığım. Maşınlar ölkəyə gətirilərkən kifayət qədər böyük məbləğdə gömrük rüsumu ödənilir, amma maşın detallarına, özü də istehsal üçün nəzərdə tutulan məhsullara gömrük rüsumu yoxdur. Detallar alınır, rüsumsuz və vergisiz ölkəyə gətirilir, “otvertka” ilə boltlar bağlanılır, təkərlər taxılır və bu maşınların böyük əksəriyyəti dövlətin özünə, müxtəlif nazirliklərə büdcə puluna satılır. Amma, detallar axı konfet kağızına alınmır. Dollarla, valyuta ilə alınaraq ölkəyə gətirilir, yəni, ölkən valyuta axınını artırır.
Yerli istehsalın fəlsəfəsi budur ki, həm valyuta ölkədə qalsın, ən ideal variantda isə ixracata gedib, ölkəyə valyuta gətirsin. “NAZ-Lifan” isə ölkədən xaricə valyuta daşıyır, özü də büdcədən ayrılmış manatı dollara çevirərək.