Naxçıvanın daxili işlər naziri vəzifədən uzaqlaşdırıldı

Vasif Talıbov Əhməd Əhmədovu vəzifədən azad etdi

Source:


Vasif Talıbov Əhməd Əhmədovu vəzifədən azad etdi

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədov vəzifəsindən azad edilib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 28 iyul 2017-ci il tarixli sərəncamında deyilir.

Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Əhməd Əhmədovu vəzifədən kənarlaşdırıb:

”Əhməd Hüseyn oğlu Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilsin”.

Ana səhifəXəbərlərNaxçıvanın daxili işlər naziri vəzifədən uzaqlaşdırıldı