Naxçıvanda saxlanılan AXCP fəalının anası və həyat yoldaşı azad buraxılıb

Hicran Qasımov indiyədək saxlanılır və onun nədə ittiham olunması barədə ailəsinə məlumat verilmir

Source:


Hicran Qasımov indiyədək saxlanılır və onun nədə ittiham olunması barədə ailəsinə məlumat verilmir

Naxçıvanda həbsdə olan AXCP fəalı Hicran Qasımovun anası Rahilə və həyat yoldaşı Səadət Qasımovalar noyabrın 24-də səhər saatlarında Naxçıvan Daxili İşlər Nazirliyində saxlanıb və onlar saat 23 radələrində azad buraxılıb.

Bu barədə AXCP Naxçıvan təşkilatının sədri Yaşar Bağırsoy “Turan İA”a bildirib.

Noyabrın 3-də AXCP Culfa rayon şöbəsinin sədri Hicran Qasımov yerli polis tərəfindən saxlanıb. Hicran Qasımov indiyədək saxlanılır və onun nədə ittiham olunması barədə ailəsinə məlumat verilmir.

Qasımovun anası və həyat yoldaşı dünən saxlanmanın səbəbini öyrənmək və Hicran Qasımovla görüş almaq üçün Naxçıvan Daxili İşlər Nazirliyinə müraciət ediblər. Bu zaman onlara görüş verilməyib və mübahisə yaranıb. Polis əməkdaşları Rahilə və Səadət Qasımovaları saxlayaraq Naxçıvan şəhər Polis Şöbəsinə aparıblar.

AXCP Hicran Qasımovn saxlanmasının siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib və fəalın dərhal azadlığa buraxılmasını tələb edir.

Öz növbəsində Naxçıvan Daxili İşlər Nazirliyi və yerli polis Hicran Qasımovun saxlanmasının səsəbləri ilə bağlı məlumat yaymayıb.

Ana səhifəXəbərlərNaxçıvanda saxlanılan AXCP fəalının anası və həyat yoldaşı azad buraxılıb