Naxçıvanda sahibkara işgəncə verirlər

Azərbaycan prezidentinin 10 min manat dəyərində əşyaların rüsumsuz gətirilməsi sərəncamı və sahibkarlara təzyiqlərə son qoyulması barədə göstərişinə əməl olunmur

Source:


Azərbaycan prezidentinin 10 min manat dəyərində əşyaların rüsumsuz gətirilməsi sərəncamı və sahibkarlara təzyiqlərə son qoyulması barədə göstərişinə əməl olunmur

Noyabrın 15-də Sədərək gömrüyündə təhqir və təzyiqlərə məruz qalan Naxçıvan sakini, kiçik sahibkar Nazim Mahmudov hakimiyyət nümayəndəsinə müqavimət göstərmək ittihamı (CM-in 315-ci maddəsi) ilə həbs edilib.

N.Mahmudova qarşı şikayətçilər elə onu döyən gömrük işçiləridir. Ötən gün məhkəmə N.Mahmudovu həbs edib.

Bu barədə “Turan İA”-a kiçik sahibkarın qohumları bildiriblər.

Onların sözlərinə görə, N.Mahmudova həbsdə işğəncə verilir.

Bundan öncə onun qohumları bildiriblər ki, gömrüyün yüksək vəzifəli əməkdaşı N.Mahmudovdan Türkiyədən gətirdiyi mala (soyuducu üçün istifadə edilmiş motor) görə rüşvət istəyiblər. N.Mahmudov etiraz edərək deyib ki, köhnə motorların qiyməti çox ucuzdur. Dövlət başçısı isə 10 min dollara qədər malın gətirilməsinə dair sərəncam verib.

Buna cavab olaraq gömrükçülər onu rejimi pozmaqda və əməkdaşları təhqir etməkdə suçlayıblar. Onun barəsində müvafiq protokol tərtib edilib.

Bundan sonra N.Mahmudov saxlanılıb və naməlum istiqamətə aparılıb.

Şikayətlə əlaqədar NMR-nin hüquq-mühafizə orqanlarından şərh almaq mümkün olmayıb.

İki həftə əvvəl Azərbaycan prezidenti 10 min manat dəyərində əşyaların rüsumsuz gətirilməsi barədə sərəncam imzalayıb və sahibkarlara təzyiqlərə son qoyulması barədə göstəriş verib.

Ana səhifəXəbərlərNaxçıvanda sahibkara işgəncə verirlər