Yaxınları: “O hazırkı hərbi hissəyə cəzalı kimi aşağı vəzifəyə göndərilmişdi”
Naxçıvan Muxtar Respublikasının N saylı hərbi hissəsində əsgər Mayıl Kazımovun özünü öldürdüyü bildirilir.
Hadisənin oktyabrın 24-ü, saat 11 radələrində baş verdiyi haqda məlumat yayılıb.
Əsgərin yaxınlarının Meydan TV-yə verdiyi məlumatda qeyd olunub ki, M.Kazımov başqa hərbi hissədə manqa komandiri idi:
“O hazırkı hərbi hissəyə cəzalı kimi aşağı vəzifəyə göndərilmişdi”.
Naxçıvan MR Hərbi Prokurorluğunun bildirdiyinə görə, 1999-cu il təvəllüdlü Mayıl Kazımov Ramiq oğlunun ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.