Muxtar Respublika bir gün gecikməklə Azərbaycan Nazirlər Kabinetinin qərarını reallaşdırdı
Naxçıvan Muxtar Respublikasında martın 4-dən Təhsil Nazirliyinin tabeliyində olan müəssisələrinin bağlanılması barədə qərar qəbul edilib.
Bu barədə Muxtar Respublikanın Təhsil Nazirliyinin martın 3-də qəbul etdiyi qərarda qeyd olunub.
Naxçıvanda fəaliyyət göstərən orta məktəblərdən birinin direktoru da Meydan TV-yə deyib ki, onlara martın 4-dən işi dayandırmaq tapşırılıb.
Beləliklə, Naxçıvanda Azərbaycan Nazirlər Kabinetinin qərarı ölkənin bütün ərazisindən fərqli olaraq bir gün gecikməklə həyata keçiriləcək.
NUHÇIXAN-ın əldə etdiyi digər bir məlumata görəsə, muxtar respublikanın ali və orta ixtisas təhsil müəssisələrində dərslər tədris qrafikinə uyğun olaraq dayandırılmayacaq. Tədrislə yanaşı, müvafiq profilaktika və dezinfeksiya işləri də davam etdiriləcək.
Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargah martın 3-dən 9-dək təhsil müəssisələrində tədrisin dayandırılması haqqında qərar qəbul edib. Naxçıvandan başqa bu qərar martın 3-də ölkənin bütün ərazisində həyata keçirilib.