Hicran Qasımovun harada saxlanıldığı məlum deyil
Noyabrın 3-də Naxçıvan muxtar respublikasının Culfa rayonunun Bənənyar kəndində AXCP rayon şöbəsinin sədri Hicran Qasımov saxlanılıb.
AXCP Naxçıvan bölgə təşkilatının sədri Yaşar Bağırsoyun “Turan İA”a verdiyi məlumata görə, Hicran Qasımovu maşına zorla otuzduraraq aparıblar. Onun harada saxlanıldığı məlum deyil. Polis saxlanılmanın səbəbləri və Qasımovun nədə ittiham olunduğu barədə məlumat vermir.
Yerli müşahidəçilər hesab edirlər ki, Hicran Qasımovun üzərinə nəsə qoyublar və indi ondan zorla etiraf edici ifadələr almaq istəyirlər.