“Prokurorluqda qardaşıma işgəncə verilib və barəsində şübhəli şəxs kimi saxlanma qərarı çıxarılıb”
AXCP Naxçıvan MR Babək rayon şöbəsinin fəalı Zeynalabdin Bağırzadə şərlənərək həbs edilib. Bu barədə Naxçıvan MR təşkilatının sədri Yaşar Bağırsoy öz Facebook səhifəsində məlumat yayıb.
Z.Bağırzadə həm də Y.Bağırsoyun qardaşıdır.
Y.Bağırsoy yazır ki, noybrdrın 14-də Sosial Müdafiə Fondunun 5 nəfər yerli işçisi Z.Bağırzadənin yaşadığı ünvana gedərək, onun həyat yoldaşına sosial sığırta haqqı ödəməli olduqlarını deyiblər. Həyat yoldaşı cavab verib ki, Zeynalabdin evdə yoxdur, gələndə özünə deyərlər. Bu zaman SMF işçilərindən hakimiyyətin xüsusi təlimatlandırdığı biri Bağırzadənin həyat yoldaşına qonşusunun yanında xoşa gəlməz ifadələr işlədib. Bundan xəbər tutan Bağırzadə həmin işçilərlər görüşərək niyə belə etdiklərinə cavab istəyib. Lakin onun ailəsinə qarşı tərbiyəsizlik edən işçi Zeynalabdinin özünə qarşı da eyni hərəkəti edib. Z.Bağırzadə elə həm gün Babək rayon prokurorluğuna şikayyət ərizəsi verib. Onunla yanaşı onu təhqir edən adam da prokurorluğa şikayət edib. Noyabrın 16-da isə Bağırzadə prokurorluğa çağırılıb. Onun ərizəsinin qəbulundan imtina edilib, özü isə axşama qədər prokurorluqda saxlanılıb. Prokurorluqda ona işgəncə verilib və barəsində şübhəli şəxs kimi saxlanma qərarı çıxarılıb.
Y.Bağırsoy yazır ki, qardaşının ölümcül vəziyyətdə təcridaxanaya salındığı və təkrar işgəncəyə məruz qaldığı haqda məlumat alıb.