Naxçıvan Xarici Kəşfiyyat Xidmətinin rəisi iki vəzifə daşıyır

İlham İsmayıl: “Bu məsələni Xarici Kəşfiyyat Xidməti tənzimləməliydi, bəlkə də səhv fikirləşiblər”

Source:


İlham İsmayıl: “Bu məsələni Xarici Kəşfiyyat Xidməti tənzimləməliydi, bəlkə də səhv fikirləşiblər”

Naxçıvan Muxtar Respublikasının (MR) Xarici Kəşfiyyat İdarəsinin rəisi təyin edilən Fariz Bağırov, həm də MR Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavinidir.

“Report”un xəbərinə görə, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov F.Bağırovu 29 dekabr 2015-ci il tarixli sərəncamı ilə Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılan MR Dövlət Təhlükəsizliyi Xidmətinə rəis müavini təyin edib. V.Talıbovun 22 yanvar 2016-cı il tarixli sərəncamı ilə isə Fariz Bağırov Naxçıvan Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin olunub.

F.Bağırov hazırda iki vəzifə daşıyır. O, Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin ediləndən sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini vəzifəsindən azad olunmayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Fazil Ələkbərovdur.

Məsələni Meydan TV-yə şərh edən sabiq təhlükəsizlik xidməti zabiti İlham İsmayıl özü də təəccübləndiyini gizlətmir: “Əsasnamədə müəyyən olunub ki, kəşfiyyat və dövlət təhkəsizlik idarələri müstəqil qurumlardır. Naxçıvan Muxtar Respublikasının Xarici Kəşfiyyat İdarəsinin rəisi məhz respublika xarici kəşfiyyat idarəsinin müavini ola bilər, DTX-nin yox. Bu məsələni Xarici Kəşfiyyat Xidməti tənzimləməliydi, bəlkə də səhv fikirləşiblər. Çünki bunlar müxtəlif idarələrdir”.

Ana səhifəXəbərlərNaxçıvan Xarici Kəşfiyyat Xidmətinin rəisi iki vəzifə daşıyır