Naxçıvan Konstitusiyası da dəyişir

Ali Məclisin sədri, deputatları və Nazirlər Kabinetinin üzvlüyünə aid minimum yaş məhdudiyyəti ləğv edilir

Source:


Ali Məclisin sədri, deputatları və Nazirlər Kabinetinin üzvlüyünə aid minimum yaş məhdudiyyəti ləğv edilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin seçilməsi üçün minimum 30 yaş məhdudiyyəti ləğv edilir. Muxtar respublikanın Nazirlər Kabinetinə üzvlüyə tələb olunan minimum 25 yaş məhdudiyyəti də götürülür. Bunun əvəzinə “Naxçıvan MR Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan vətəndaşı təyin edilir” tələbi müəyyənləşir.

Bu, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər layihəsində nəzərdə tutulub.

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun Milli Məclisə göndərdiyi konstitusiya layihəsi parlamentin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq. Dəyişiklik layihəsi 2016-cı ilin sentyabr ayında keçirilimiş referendumda Azərbaycan Konstitusiyasına edilən dəyişikliklərə uyğunlaşdırma xarakterlidir.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığına namizədlərə aid tələblərə də dəyişiklik edilir. Muxtar Respublikanın Ali Məclisinə seçilən deputata aid tələblərdə minimum 25 yaş məhdudiyyəti ləğv edilir və  bununla da seçkilərdə iştirak etmək hüququna malik hər bir Azərbaycan vətəndaşı məclisə deputat seçilə bilər.

Naxçıvan MR Konstitusiyasının 8-ci maddəsinin (Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququ) üçüncü hissəsində hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin “seçkilərdə iştirak etmək” hüququ, “seçilmək” hüququ ilə əvəzlənir.

Konstitusiyanın 19-cu maddəsinə (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığından məhrum etmə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi) edilən əlavə bəndlərə görə isə deputatın mandatdan məhrum etmə tələbi 5-dən 7-ə qaldırılır. Yeni hallar – “Naxçıvan Muxtar Respublikasımn Ali Məclisində qanunlar və qərarlar Azərbaycan Respublikasının Konstitusiyası və bu Konstitusiya ilə müəyyən edilmiş qaydada qəbul edilir” tələbinin və deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozulmasıdır.

Layihə otyabrın 20-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Ana səhifəXəbərlərNaxçıvan Konstitusiyası da dəyişir