Naxçıvan istiqamətində atəşkəsin pozulduğu bildirilir

“Bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdur”.

Foto: Müdafiə Nazirliyi


Azərbaycan və Ermənistan tərəf məlumatı təsdiqləyib

İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozduğu deyilir.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyi

yayıb

.

Nazirlik bildirib ki, qarşı tərəf Azərbaycanın təkmilləşdirmə işləri aparan mühəndis bölmələrinin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub: "Bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdur".

Ermənistan Müdafiə Nazirliyi

məlumat

ı təsdiqləyib, ancaq atəşkəsin Azərbaycan tərəfdən pozulduğunu qeyd edib.

Son 2 gündür ki, tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham

edirlər

.

Ana səhifəSiyasətNaxçıvan istiqamətində atəşkəsin pozulduğu bildirilir