Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini vəzifəsindən azad edilib

Bir gün əvvəl Vasif Talıbovun sərəncamıyla Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini Fariz Bağırov Xarici Kəşfiyyat İdarəsinin rəisi təyin olunmuşdu

Source:


Bir gün əvvəl Vasif Talıbovun sərəncamıyla Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini Fariz Bağırov Xarici Kəşfiyyat İdarəsinin rəisi  təyin olunmuşdu

Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini vəzifəsindən azad edilib.

“Report”un xəbərinə görə, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Fariz Nəriman oğlu Bağırov Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini vəzifəsindən azad olunub.

V.Talıbovun 22 yanvar tarixli sərəncamı ilə F.Bağırov Naxçıvan Muxtar Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilib.

Təhlükəsizlik xidmətinin sabiq zabiti İlham İsmayıl yanvarın 25-də

Meydan TV-yə

bu barədə açıqlamasında F.Bağırovun iki vəzifə daşımasını təəccüblə qarşılamışdı: “Əsasnamədə müəyyən olunub ki, kəşfiyyat və dövlət təhkəsizlik idarələri müstəqil qurumlardır. Naxçıvan Muxtar Respublikasının Xarici Kəşfiyyat İdarəsinin rəisi məhz respublika xarici kəşfiyyat idarəsinin müavini ola bilər, DTX-nin yox. Bu məsələni Xarici Kəşfiyyat Xidməti tənzimləməliydi, bəlkə də səhv fikirləşiblər. Çünki bunlar müxtəlif idarələrdir”.

Ana səhifəXəbərlərNaxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini vəzifəsindən azad edilib