Naxçıvan Ali Məclisinin birinci vitse-spikerinin istefa verdiyi deyilir

Azər Zeynalov. Foto: “alimeclis.az”

Azər Zeynalovun hansı səbəbdən istefa verdiyi açıqlanmır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin birinci müavini Azər Zeynalovun istefa verdiyi bildirilir.

Məlumatı “Turan” yayıb.

Zeynalovun istefasının səbəbləri açıqlanmayıb.

Azər Zeynalov 1970-ci ildə Şərur şəhərində anadan olub.

O, 1987–1992-ci illərdə isə Lipetsk Politexnik İnstitutunda sənaye nəqliyyatı ixtisası üzrə təhsil alıb.

1994-1999-cü illərdə Şərur Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışan Azər Zeynalov 2000-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş üzrə şöbəsində baş referent, 2001-ci ilin yanvar ayından isə iqtisadiyyat şöbəsinin müdiri vəzifəsində işləyib.

Azər Zeynalov 2003-2005-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolları Naxçıvan Hissəsinin rəisi olub.

Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin III, IV, V və VI çağırış deputatıdır.

2022-ci ilin dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov vəzifəsindən istefa verib.

2022-ci ilin dekabrın 22-də isə Naxçıvan Ali Məclisi sədrinin bir neçə səlahiyyəti ləğv edilib.

Elə həmin gün də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib.

İlham Əliyev Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilməsi haqda sərəncam imzalayıb.

Bununla bağlı imzalanan fərmanda mərkəzi və yerli icra hakimiyyəti orqanları, digər dövlət qurumları Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyətlərini səlahiyyətli nümayəndə ilə əlaqələndirilmiş qaydada həyata keçirməsi qeyd olunub.

Ana səhifəBölgəNaxçıvan Ali Məclisinin birinci vitse-spikerinin istefa verdiyi deyilir