Navalnıya məxsus fondun həbsdəki rəhbəri aclıq aksiyasına başlayıb

İvan Jdanov: “Mövqeyimi bildirmək üçün başqa bir yol və imkanım yoxdur”

Source: Meydan TV


İvan Jdanov: “Mövqeyimi bildirmək üçün başqa bir yol və imkanım yoxdur”

Rusiya müxalif siyasətçisi Aleksey Navalnının Antikorrupsiya Fondunun həbsdə olan rəhbəri İvan Jdanov aclıq aksiyasına başlayıb, – Azadlıq Radiosu xəbər verir.

Jdanov seçki rəsmiləri tərəfindən Moskva şəhər şurasına namizədliyi qeydə alınmayan müxalif namizədlərdəndir. O, avqustun 2-də deyib ki, həbs olunmasına etiraz olaraq yeməyi dayandırıb və bundan başqa çıxış yolu görməyib.

“Mövqeyimi bildirmək üçün başqa bir yol və imkanım yoxdur. Bu gündən etibarən aclıq aksiyasına başlamışam və yeməkdən imtina edirəm. Suallara cavab verməkdən imtina edirəm, bu məhkəmə iclasında iştirak etməkdən imtina edirəm,“- Jdanov 2 avqustda keçirilən məhkəmə dinləməsi zamanı deyib.

Jdanovun seçki kampaniyasının rəhbəri Boris Zolotarevski sosial mediada Jdanovun məhkəmədə verdiyi açıqlamanı yerləşdirib. Çıxışında Jdanov Rusiya hakimiyyətini 8 sentyabr bələdiyyə seçkilərində onu və digər müxalifət, eləcə də müstəqil namizədləri qeydiyyata almamaqda ittiham edib. O, hökumətin bu qərarını “qanunsuzluq” adlandırıb. Jdanov həmçinin etirazlar zamanı polisin özbaşınalığını qınayıb.

Moskva yaxınlığındakı Zelenoqrad şəhərinin məhkəməsi Jdanovu iki gün əvvəl iyulun 29-da 15 gün müddətinə həbsə göndərib. Məhkəmə onu icazəsiz aksiyada iştirak etdiyi üçün günahkar bilib.

İyulun 27-də etirazlara edilmiş polis basqısı son illərdə olmuş ən böyük qarşıdurma sayılır. Rusiyadakı müxalifət Prezident Vladimir Putinin hakimiyyətə gəlməsinə qarşı çıxmaqda daha sərtləşən mövqeylə çıxış edirlər.

Ana səhifəDünyaNavalnıya məxsus fondun həbsdəki rəhbəri aclıq aksiyasına başlayıb