Mənbə: google

Navalnının müttəfiqlərinə hücum olub

“Yaralılardan ikisinə yerində müdaxilə edilib, bir nəfər isə xəstəxanaya aparılıb”

Sentyabrın 8-də bir nəfər Rusiyanın Novosibirsk şəhərində, Kremlin tənqidçisi Aleksey Navalnının müttəfiqlərinin təşviqat bürosunda kimyəvi maye dolu şüşəni qırıb, - “Reuters” xəbər verir.

“Müxalif fəallarının dediklərinə görə, yaralılardan ikisinə yerində müdaxilə edilib, bir nəfər isə xəstəxanaya aparılıb”, - Navalnının müttəfiqi Sergey Boyko deyib.

S.Boyko bazar günü keçiriləcək seçkidə Sibirdə Novosibirsk şəhər məclisinə namizəddir. O, təşviqat bürosuna hansı maddənin atıldığının bilinmədiyini, ancaq polisin bunun zəhərli maddə olmadığını dediyini bildirib.

Boykonun seçki təşviqat qrupu atılan maddəni pis qoxulu kimyəvi maddə kimi xarakterizə edib.

Navalnının müttəfiqləri tərəfindən paylaşılan CCTV görüntülərində hadisədən sonra iki kapüşonlu kişinin qaçaraq ərazidən uzaqlaşdığı görünür.

Boyko həftəsonu Rusiyada keçiriləcək yerli seçkilərdə iştirak edən Navalnı tərəfdarlarından biridir.

Keçən ay Sibirdən Moskvaya uçan təyyarədə halı pisləşən Navalnı xəstəxanaya yerləşdirilib.

Almaniyaya müalicə üçün hava yolu ilə gətirilən siyasətçi Berlində bir müddət komada qalıb. Bazar ertəsi həkimlər onun vəziyyətinin yaxşılaşdığını bildirib. Onun sinir maddəsiylə zəhərləndiyi qeyd edilir. Rusiya onun zəhərləndiyinə dair fikirləri qəbul etmir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hogk42

Ən çox baxılan