Siyasətçi hesab edir ki, təşviqat səsvermədən daha vacibdir
Aleksey Navalnı və komandası 2024-cü il martın 17-nə təyin edilmiş Prezident seçkiləri ilə bağlı strategiyasını açıqlayıb.
Onlar Rusiya seçiçilərini hazırkı dövlət başçısı Vladimir Putindən başqa istənilən namizədə səs verməyə çağırıblar:
“Qarşıdan gələn seçkilər seçki prosedurunun parodiyasıdır və yekun nəticələr hər zamankı kimi saxtalaşdırılacaq”.
“24 ildir ki, hakimiyyətdə olan 71 yaşlı Putinə daha 6 il qalmamasını izah edin. O, Rusiyaya zərər verəcək. Putin getməlidir. Təşviqat səsvermədən daha vacibdir. Səsinizdən heç kimin xəbəri olmasa, səsvermənin mənası yoxdur. Səs demək olar ki, Putinin xeyrinə oğurlanacaq”, – deyə Navalnının bloqunda qeyd olunur.
Siyasətçinin həmfikirləri də tərəfdarlarını seçkiləri boykot etmək qərarına gələnlərlə mənasız mübahisəyə son qoymağa çağırıblar:
“Boykot tərəfdarları, biz sizin mövqeyinizi başa düşürük və bir çox arqumentlərinizi bölüşürük. Bizi birləşdirən bir şey var: Biz Putinə qarşı kampaniya aparacağıq və onun əleyhinə səs verəcəyik. Siz isə ona qarşı təbliğat aparırsınız və səs verib-verməyəcəyinizə özünüz qərar verin”.
Aleksey Navalnı 2021-ci ilin fevralında Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” Hava Limanında saxlanılıb.
Avqustun 4-də Moskva Şəhər Məhkəməsi Aleksey Navalnıya ekstremist birlik yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib.