Varşavada keçiriləcək sammitdə İŞİD-ə qarşı mübarizə koalisiyasına dəstək məqsədilə qərarlar veriləcək
“NATO müttəfiqləri Estonya Litva, Latviya və Polşaya batalyonlar yerləşdirilməsinə dair qərar verəcək”.
Bu barədə NATO-nun rəsmi saytında alyansın iyulun 8-9 da Polşanın paytaxtı Varşava şəhərində keçiriləcək sammitinə dair açıqlamasında məlumat verilib.
Bildirilir ki, liderlər stabilliyin üzv ölkələrin hüdudlarından kənarda da təmin olunması üçün NATO-nun İraqda təlim missiyasını genişləndirməsinə və İŞİD-ə qarşı mübarizə koalisiyasına dəstək məqsədilə “AWAKS” kəşfiyyat təyyarələrinin təkmilləşdirilməsinə dair qərarlar verəcəklər.
Məlumatda NATO-nun Əfqanıstana hərbi və maliyyə dəstəyini davam etdirəcəyi, Ukraya, Moldova və Gürcüstanla siyasi və praktik əməkdaşlığı gücləndirəcəyi bildirilir.
NATO-nun ilk sammiti 1957-ci ilin dekabrında, sonuncu sammiti isə 2014-cu ildə Uelsdə keçirilib.
Hazırkı sammit Ploşada keçirilən və baş katib Jens Stoltenberqin iştirak edəcəyi ilk sammitdir. Sammitə 58 rəsmi nümayəndə heyyəti qatılacaq.