Təyyarənin vurulmasından 20-25 dəqiqə sonra türkmənlərin mövqeləri güclü atəşə məruz qalıb
NATO Rusiya məxsus Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulması ilə əlaqədar təcili iclas çağırıb.
APA-nın xəbərinə görə, bu barədə “Frans Press”in yaydığı xəbərdə deyilir.
Bu gün səhər Rusiyaya məxsus Su-24 hərbi təyyarəsi Türkiyə hava sərhədini pozduğu üçün vurulub. Katapult edən pilotlardan biri yerə düşərkən ölüb, digəri isə sağ qalıb.
Təyyarənin vurulmasından 20-25 dəqiqə sonra türkmənlərin mövqeləri güclü atəşə məruz qalıb.
Vurulan Rusiya təyyarəsinin yerdə partlaması nəticəsində iki Türkiyə vətəndaşı yaralanıb. Onlar Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayətinin Yayladağ rayonunun Dutlubahçe kəndinin sakinləridir.