NATO rəsmisi: Putin Ukrayna ilə uzunmüddətli müharibəyə hazırlaşır

Vladimir Putin. Foto: Meydan TV

“Bu il ağır olacaq və biz nə qədər lazım olarsa, Ukraynanı dəstəkləməyə hazır olmalıyıq”

“Donbasnews”un materialı

“Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı uzunmüddətli müharibəyə hazırlaşır və Şimali Atlantika Alyansı Rusiyanı gücünü doğru dəyərləndirməlidir”.
Bunu alyansın Hərbi Komitəsinin iclasında NATO-nun baş katibinin müavini Mirça Coane bildirib.
Onun sözlərinə görə, uzunmüddəli müharibəyə hazırlığın getdiyinə işarə edən bir neçə amil var:

  • bu yaxınlarda 200 mindən çox əsgərin səfəfbərliyi, onlar hazırda məşq edirlər;
  • Rusiya hərbi istehsalatının genişləndirilməsi;
  • başqa ölkələrdən, o cümlədən İrandan yeni silahların alınması.

“Bu il ağır olacaq və biz nə qədər lazım olarsa, Ukraynanı dəstəkləməyə hazır olmalıyıq”, – deyə NATO-nun Baş katibinin müavini bildirib.

Ana səhifəXəbərlərNATO rəsmisi: Putin Ukrayna ilə uzunmüddətli müharibəyə hazırlaşır