None

Mənbə: 

NATO ordusunun qadın hərbçiləri (Fotoreportaj)

NATO hərbi sisteminin əsas özəlliklərindən biri də budur ki, qadınlar da kişilər kimi bərabərhüquqlu hərbi xidmətə cəlb oluna bilir. Bu sistem müqavilə əsasında çalışdığından, yalnız hərbi təhsili olan xanımlar deyil, o cümlədən mülki ixtisas diplomu olanlar da xidmət keçmək imkanı qazanır. NATO-da qadın hərbçilərin fəaliyyəti ofis və dəftərxana şəraiti ilə məhdudlaşmır, onlar həm də aktiv hərbi təlim və əməlyyatlarda iştirak edir. Onların arasında quru, hava qoşunları, hərbi dəniz donanmasında xidmət edənlər də var. Xidmət növündən asılı olmayaraq, hər zaman hərbi geyimdə olurlar və bir müddətdən sonra rütbələrə layiq görülürlər. Mülki həyatdan hərbiyə gəlmiş xanımlar burada ictimaiyyətlə əlaqələr, fotoqraf, rabitəçi kimi fəaliyyət göstərir. Prosedur isə bu cürdür- özləri orduya müraciət edir, ərizə formasında xidmət etmək istədiyi sahəni göstərir. Ehtiyac yarandığı tədqirdə komandanlıq onunla əlaqə saxlayır və minimum 5 illik müqavilə imzalanır. Hərbçi xidmət qarşısında aylıq əmək haqqı alır.

Bu fotolar cari ilin iyununda NATO-nun Polşada keçirilən Baltops, Noble Jump və Siber Strike hərbi təlimləri zamanı çəkilib. (NATO təlimləri barədə ətraflı bu linkə daxil olaraq oxuya bilərsiniz)

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xfi8dv

Ən çox baxılan