“Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur”
“Biz Azərbaycanı və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırırıq”.
“RİA-Novosti”-nin məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Ermənistan prezidenti Serj Sarkisyanla keçirdiyi görüşdən sonra bildirib.
Ermənistan və Azərbaycanı münaqişənin nizamlanmasına dair danışıqları bərpa etməyə çağıran Y.Stoltenberq deyib:
“Əsas məsələ eskalasiyadan uzaq olmaqdır. Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur”.
NATO baş katibi qeyd edib ki, rəhbərlik etdiyi qurum ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair səylərini tamamilə dəstəkləyir.