NATO koronavirusla mübarizəyə cəlb olunub

Qeyd olunub ki, pandemiya ilə mübarizədə lazımi avadanlıq daşıyan uçuşlar Avropa hava məkanında prioritet olacaq.

Source:


Pandemiya ilə mübarizədə lazımi avadanlıq daşıyan uçuşlar Avropa hava məkanında prioritet olacaq

NATO-nun Xarici işlər nazirləri alyansın ən yüksək rütbəli hərbi zabitinə üzv ölkələrin koronavirus pandemiyasına qarşı reaksiyasını artırmağa kömək etməyi tapşırıb, – RFERL xəbər verir.

Baş katib Yens Ştoltenberq (Jens Stoltenberg) aprelin 2-də nazirlərin NATO-nun 70 illik tarixində ilk dəfə olaraq keçirilmiş videokonfransından sonra bəyanat verib və deyib ki, nazirlər NATO-nun Avropadakı müttəfiq komandiri olan ABŞ Hərbi Hava Qüvvələri generalı Tod Voltersə (Wolters) “böhranla mübarizə üçün lazımi hərbi dəstəyi koordinasiya etməyi, yardımı sürətləndirməyi və artırmağı” tapşırıb.

Ştoltenberq deyib ki, buna məsələn, tibbi ləvazimatların çatdırılmasını təmin etmək, hər hansı bir artan gücü və ya ehtiyatı əlaqələndirmək üçün hava nəqliyyatı qabiliyyətini müəyyənləşdirmək və müttəfiq və tərəfdaşların təklifləri ilə dəstək tələblərini daha yaxşı uyğunlaşdırmaq daxil olacaq.

Qeyd olunub ki, pandemiya ilə mübarizədə lazımi avadanlıq daşıyan uçuşlar Avropa hava məkanında prioritet olacaq.

Vəziyyəti müzakirə üçün nazirlər aprelin ortalarında daha bir videokonfrans keçirməyi planlaşdırırlar.

NATO silahlı qüvvələri artıq koronavirusdan daha çox təsirlənən İtaliya və İspaniya kimi ölkələrə təcili yardım çatdırılmasına kömək edib.

Eyni zamanda müttəfiqlər narahatdır ki, NATO-nun Rusiya və terrorçu qruplar kimi düşmənləri üzv ölkələr əsasən koronavirusla mübarizəyə fokuslandığı üçün təcavüzkar fəaliyyətlərə keçə bilərlər.

Konfransdan sonra verilən ortaq bəyanatda NATO nazirləri bildiriblər ki, müttəfiqlər hər hansı bir təhdiddən qorunmağa hər an hazırdırlar.

Müttəfiqlər həmçinin Taliban və Əfqanıstandakı bütün siyasi qrupları ölkənin 18 illik münaqişəsinə son qoyacaq sövdələşmədə öz növbələrində addım atmağa çağırıb.

Ana səhifəDünyaNATO koronavirusla mübarizəyə cəlb olunub