NATO Ermənistan və Azərbaycanı danışıqlara çağırır

”Ötən il olanlar atəşkəs rejiminə əməl etmək və gərginliyi azaltmağın vacibliyini göstərdi”

Source:


”Ötən il olanlar atəşkəs rejiminə əməl etmək və gərginliyi azaltmağın vacibliyini göstərdi”

“Hər iki tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün substantiv danışıqlara çağırırıq”, – APA-ya müsahibəsində NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəs Ceyms Appaturayn belə deyib.

Ceyms Appaturayn bildirib ki, Azərbaycan və NATO bu yaxınlarda Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (IPAP) sahəsində razılığa gəlib. Plan əməkdaşlıq üçün razılaşdırılmış vəzifələri və bu vəzifələrin həyata keçirilməsi üçün qrafiki müəyyənləşdirir:

“Biz Azərbaycan tərəfindən 2004-cü ildə təsdiq edilmiş Müdafiə İnstitutu Quruculuğu naminə Tərəfdaşlıq üzrə Əməliyyat Planının vəzifələrini yerinə yetirmək də daxil olmaqla, gələcəkdə də bu ölkəni bizimlə daha sıx işləməyə çağırırıq”.

Ceyms Appaturayn deyib ki, Dağlıq Qarabağda atəşkəs rejiminin mütəmadi pozulması ilə yanaşı, təmas xəttində zorakılığın daha da artması tərəflər üçün ağır texnikanı geri çəkmək, təmkin nümayiş etdirmək, atəşkəs rejiminə ciddi şəkildə əməl etmək və gərginliyi azaltmağın vacibliyini göstərdi:

“Bu, sülh yolu ilə nizamlama istiqamətində yeganə yoldur və bu münaqişənin hərbi yolla həlli yoxdur. NATO Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlarda birbaşa iştirak etmir. Bu danışıqlar ATƏT-in Minsk Qrupu çərçivəsində aparılır. Biz hər iki tərəfi substantiv danışıqlarda iştirak etməyə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində işləməyə çağırırıq”.

Ana səhifəXəbərlərNATO Ermənistan və Azərbaycanı danışıqlara çağırır