Natiq Kərimovun ev dustaqlığı 2 ay uzadılıb

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilir

Source:
Natiq Kərimov
Natiq Kərimov


O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilir

Səbail rayon Məhkəməsində Natiq Kərimovun barəsində seçilmiş başqa yerə getməmə haqqında qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.

Nardaran qəsəbə sakini Natiq Kərimovun Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanıldığı bildirilir.

O, xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilməkdə, dövlət təhlükəsizliyi zərərinə casusluq etməkdə günahlandırılır. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilir.

Natiq Kərimovun barəsində 7 yanvar 2016-cı il tarixində həbs-qətimkan tədbiri seçilib, sonradan həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Ana səhifəXəbərlərNatiq Kərimovun ev dustaqlığı 2 ay uzadılıb