Natiq Ədilov: “Heç bir təzyiq məni düz bildiyim yoldan çəkindirə bilməyəcək”

AXCP mətbuat xidmətinin rəhbəri “Facebook terroru” ilə üzləşdiyini deyir

Source:


AXCP m


ətbuat xidmətinin rəhbəri “Facebook terroru” ilə üzləşdiyini deyir

Jurnalist Meydan TV-yə deyib ki,  bir müddətdir problem yaşayır: “Çalışacam mayın 30-da problemi Facebook-un resmi ofisi ilə həll edim. Məsələ ondadır ki, sosial şəbəkədə fəaliyyətim, eləcə də ictimai-siyasi mövqeyim hakimiyyəti narahat edir. Bu barədə mənə ötən il Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsi rəsmən xəbərdarlıq edib. Mən ölkənin “dinamik inkişafına qeyri-obyektiv qeydlərimlə əxlaq ve etik normaları pozmaqla xələl gətirməkdə” günahlandırılırdım. Təbii ki, cəfəngiyyat idi, ona görə də adları çəkilən dövlət orqanlarını məhkəməyə verdim. Artıq şikayətim Avropa Məhkəməsinə getmə ərəfəsindədir. Həmin dindirilmələrdə də bildirmişdim ki, heç bir təzyiq, təhdid və şantaj məni düz bildiyim yoldan, ədalətli saydığım əməldən çəkindirə bilməyəcək. Bütün fəaliyyətimdə də  maksimum insanların şərəf və ləyaqətini uca tutmağa çalışmışam. Heç kimin ictimai-siyasi çalarlardan fərqli işi və həyatı mənim üçün maraqlı olmayıb, olmayacaq da. Bunlara rəğmən hakimiyyət, onun xüsusi idbar qrupları mənə qarşı səfərbər olub, amma faydasızdır!”

Natiq Ədilov ona qarşı kampaniyaya əmr verənlərə mesaj göndərib: “Şər-böhtanlarına çox rahat cavab vermək imkanım var. Bunu da yaxşı bilirsiniz. Və dostlarıma, yaxınlarıma deyirəm: öz profilimdən başqa Natiq adlı kimsə sizə yazarsa, mən o deyiləm. Ailə üzvlərim adından, qohumlarım kimi özünü təqdim edənlərdən şübhələnə bilərsiniz, xahiş edirəm, bu barədə məni məlumatlandırın”.

Ana səhifəXəbərlərNatiq Ədilov: “Heç bir təzyiq məni düz bildiyim yoldan çəkindirə bilməyəcək”