Vəkili iqtisadçı ilə görüşə bilmir
REAL Hərəkatının icra katibi, iqtisadçı Natiq Cəfərli vəkili ilə görüşə bilmir. Bu barədə məlumatı vəkil Elçin Sadıqov öz “Facebook” səhifəsində yayıb.
Vəkilin sözlərinə görə, avqustun 15-dən etibarən Natiq Cəfərlinin müdafiəsinə qoşulub, vəkil orderinin əslini, şəxsiyyət vəsiqəsinin və vəkil vəsiqəsinin surətini Baş Prokurorluğa təqdim edib. Lakin Natiq Cəfərli ilə görüş tələb etməsinə baxmayaraq, bugünədək onuna görüşə bilməyib: “Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi mənim Natiq Cəfərli ilə görüşümə qanunsuz olaraq icazə vermir. Bununla Natiq Cəfərlinin müdafiə hüququnu kobud şəkildə pozur”.