Natiq Cəfərli karantində saxlanılır

”Sənədləri götürülən ev Natiq Cəfərlinin adına deyil”

Source:


”Sənədləri götürülən ev Natiq Cəfərlinin adına deyil”

“Kürdəxanı təcridxanasında həbsdə olan REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli bir neçə gün karantində olacaq”.

Bu barədə “Turan” agentliyinə  N.Cəfərlinin hüquqi nümayəndəsi Rəsul Cəfərov məlumat verib.

O, bildirib ki, avqustun 15-də N.Cəfərli vəkili ilə görüşəcək.

R.Cəfərov bildirib ki, artıq həbslə əlaqədar xarici diplomatik nümayəndəliklər məlumatlandırılıb. Avqustun 15-də REAL Hərəkatının üzvləri Böyük Britaniya səfiri ilə görüşəcəklər.

R.Cəfərov onu da qeyd edib ki, N.Cəfərlinin yaşadığı  evdə axtarış zamanı ona və övladlarına məxsus texniki ləvazimatlar – noutbuklar,  zinət əşyaları, evin sənədləri götürülüb.

“Halbuki, ev Natiq Cəfərlinin adına deyil”,- deyə R.Cəfərov bildirib.

Avqustun 12-də Nəsimi Rayon Məhkəməsi REAL İdarə Heyyətinin üzvü, iqtisadçı Natiq Cəfərli barəsində 4 ay həbs-qətimkan tədbiri seçib. N.Cəfərli qanunsuz sahibkarlıq və vergidən yayınmada ittiham olunur.

İqtisadi-siyasi şərhləri ilə tanınan N.Cəfərli hakimiyyətin sərt tənqidçilərindən biridir. O, 2008-ci ildə yaradılmış “Respublikaçı Alternativ” (REAL) Hərəkatının həmtəsisçisidir. Bir müddət əvvələ qədər N.Cəfərlinin ölkədən çıxışına qadağa qoyulmuşdu. Həmfikirləri onun həbsini siyasi fəaliyyəti ilə əlaqələndirirlər.

REAL sentyabrın 26-da keçiriləcək Konstitusiyaya dəyişikliklərlə bağlı Referendumun əleyhinə təbliğat aparacağını bəyan edib və imzatoplama kampaniyasına başlayıb.

Ana səhifəXəbərlərNatiq Cəfərli karantində saxlanılır