Natiq Cəfərli ilə bağlı cinayət işinə xitam verildi

İqtisadçının ölkədən çıxışına qoyulan məhdudiyyət də götürülüb

Source:


İqtisadçının ölkədən çıxışına qoyulan məhdudiyyət də götürülüb

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərlinin ölkədən çıxışına qoyulan qadağa götürülüb. Bu barədə onun vəkili Cavad Cavadov öz “Facebook” səhifəsində yazıb. Vəkil bildirib ki, avqustun 28-də Natiq Cəfərli ilə birlikdə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağırılıblar. Orada bildirilib ki, Cinayət Məcəlləsinin 192.1 və 308.2 maddəsi ilə başlamış cinayət işi zamanı müəyyən edilib ki, N.Cəfərlinin əməlində cinayət tərkibi yoxdur. Ona görə də işə xitam verilib.

“Axtarış zamanı götürülmüş əmlaklar, şəxsiyyət vəsiqəsi və digər sənədləri özünə qaytarıldı. Eyni zamanda ölkədən çıxma məhdudiyyətinin də götürüləcəyi bildirildi” – vəkil qeyd edib. Həmçinin ReAL-ın İdarə Heyətinin digər üzvü Azər Qasımlının da ölkədən çıxışına qoyulan məhdudiyyət aradan qaldırılıb.

Vəkil bildirib ki, Natiq Cəfərliyə elan edilmiş ittiham əvvəldən qondarma olmaqla, hüquqi və faktiki əsaslarsız idi:

“Müdafiəçisi olaraq sonunda belə müsbət qərarın verilməsindən məmnun olmaya bilmərəm.

Bununla yanaşı düşürünəm ki, bu qərar “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin qanunsuz həbsinin fonunda yumşaqlıq yaranmasına da yönələ bilər. Bir vətəndaş və vəkil olaraq Mehman müəllimin həbsinin qətiyyətlə pisləyirəm və onun da tezliklə azad olunacağına inanıram”.

Ana səhifəXəbərlərNatiq Cəfərli ilə bağlı cinayət işinə xitam verildi