Natiq Cəfərli: Dövlətin “Azərxalça”ya vəsait ayırması doğru deyil

Bunların heç biri baş vermirsə, dövlət büdcəsi hesabına maliyyələşdirilən iqtisadi layihələrin bir daha qeyri-effektiv və korrupsiya sxemlərinə yem olması təbiidir.

Source:


''Layihə qeyri-rentabellidir''

Azərbaycanda xalçaçılığa biznes məntiqi və bazarın öyrənilməsi baxımından yanaşılsaydı, effektiv olardı. Xalça kimi çox primitiv sahənin dövlət tərəfindən təminatı və təşkil olunması tamamilə məntiqsizdir.

Bunu Meydan TV-ə “Azərxalça” ASC-nin 2018-ci il üçün hesabatını şərh edən ReAL Partiyası Məclisinin üzvü, iqtisadçı Natiq Cəfərli deyib.

“Azərxalça” ölkə prezidentinin sərəncamı ilə 5 may 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır.

Hesabata əsasən, “Azərxalça” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 78,344 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin 1 yanvar ilə müqayisədə 75,8% çoxdur.

2018-ci ildə “Azərxalça”nın uzunmüddətli aktivləri 3,2 dəfə artaraq 50,657 milyon manata çatıb, cari aktivləri isə 4,2% azalaraq 27,687 milyon manata düşüb.

İl ərzində səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 86,7% artaraq 199 min manat, cəmi kapitalı isə 75,8% artaraq 78,144 milyon manat olub.

Ötən il “Azərxalça”nın satışdan gəliri 424 min manat (əvvəlki ilə nisbətən 6,8 dəfə çox), satışının maya dəyəri 540 min manat (5 dəfə çox), satış və paylanma xərcləri 90 min manat (40,6% çox), inzibati və əməliyyat xərcləri 1,344 milyon manat (49% çox), amortizasiya və köhnəlmə xərcləri 2,57 milyon manat (30,4 dəfə çox), faiz gəliri 108 min manat (76,1% az), mənfəət vergisi ödəmələri isə 144 min manat (əvvəlki il qənaət edib) təşkil edib.

Şirkət 2018-ci ili 4,155 milyon manat zərərlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 7,3 dəfə çoxdur. Beləliklə, “Azərxalça”nın yığılmış zərəri 4,835 milyon manata çatıb.

2018-ci ildə “Azərxalça”nın işçilərinin sayı 691 nəfər və yaxud 87,8% artaraq 1 478-ə çatıb.

Natiq Cəfərli hesab edir ki, sponsor və investor dövlət olduğundan rentabellik və qazanc arxa plana keçir.

“Korrupsiya sxemlərinin də geniş yayıldığını nəzərə aldıqda bu tipli layihələrdə pul qazanmaq önə çıxır. Buna görə də zərərlə işləyir”.

İqtisadçı hesab edir ki, ASC çox zaman qəsdən zərərlə işləyir.

“Hesabatlılıq tətbiq olunmaqla hər hansı ödənişlərin olmaması, büdcə qarşısında öhdəliklərə əməl edilməməsi üçündür. Nəticədə büdcədən əlavə dotasiya alınır”.

Natiq Cəfərli bildirib ki, xalçaçılıq biznes qanunları ilə işləsəydi, ya qapanmalı, ya başqa bir idarəetməyə verilməli, yaxud da investorlar cəlb edib işi təkmilləşdirmək lazım idi.

Natiq Cəfərli
Natiq Cəfərli

“Bunların heç biri baş vermirsə, dövlət büdcəsi hesabına maliyyələşdirilən iqtisadi layihələrin bir daha qeyri-effektiv və korrupsiya sxemlərinə yem olması təbiidir. Deməli, bu sahəyə rəhbərlik edənlərin də şəxsi maraqları var. Əks təqdirdə, dövlət vəsaitinin qeyri-rasional xərclənməsinə yol vermək olmazdı”.

İqtisadçı xatırladıb ki, bugünə qədər “Azərxalça”nın ümumi ziyanı 60 milyona yaxınlaşıb. Dövlətdən kifayət qədər vəsait alınıb xərclənib, amma satışın həcmi və gəlirlik səviyyəsi təmin edilməyib.

“Deməli, layihə qeyri-rentabellidir. Ona görə dövlətin “Azərxalça”ya vəsait ayırması doğru deyil, ayrılırsa, onda müəyyən qrupların şəxsi marağı var”.

Ana səhifəXəbərlərNatiq Cəfərli: Dövlətin “Azərxalça”ya vəsait ayırması doğru deyil