Natiq Cəfərli: Bizdə alternativ statistika yoxdur, beynəlxalq hesabatlar hökumətin verdiyi rəqəmlərə əsaslanır

Samir Əliyev: “”Doing Business” Azərbaycan hökumətinin ən çox istinad etdiyi hesabatdır”

Source: Specify Source


Samir Əliyev: ""Doing Business" Azərbaycan hökumətinin ən çox istinad etdiyi hesabatdır"

2020-ci ildə Azərbaycan iqtisadiyyatının 4.3 faiz kiçiləcəyini proqnozlaşdırılır.

Asiya İnkişaf Bankının (AİB) açıqladığı "Asian Development Outlook 2020" (ADO)

hesabatında

belə deyilir.

Hesabatda bildirilir ki, 2020-ci ilin sonunacan pandemiya davam edəcək və bu müddət ərzində neft hasilatı və gəlirlər azalacaq. İstehlakın da kəskin azalacağı gözlənilir. Hətta Maliyyə Nazirliyinin açıqladığı 2021-ci il üçün "Dövlət büdcəsinin ilkin parametrləri"

sənədində

deyilirdi ki, gələn ilin büdcəsi 1,6 milyard manat azala bilər.

Dövlət Gömrük Komitəsinin də bu yaxınlarda açıqladığı məlumatda deyilirdi ki, bu ilin 8 ayında ölkə iqtisadiyyatı 3 faiz kiçilib.

AİB-in proqnozlarında isə bildirilir ki, 2020-ci ilin yekunları üzrə Azərbaycanın tədiyyə balansının kəsiri ÜDM-in 5.1 faizini təşkil edəcək.

Bundan əlavə, bu il ölkə 2015-16-cı illərdən sonra ilk dəfə cari əməliyyatlar hesabının kəsirinə qayıdacaq.

ÜDM-in kiçilməsi tempinə görə, AİB-in gözləntiləri Azərbaycan hökumətinin proqnozuna yaxındır.

Natiq Jafarli (1).jpg
Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli Meydan.Tv-yə deyir ki, beynəlxalq hesabatlar əsasən hökumətin verdiyi rəqəmlərə əsaslanır və həqiqəti əks etdirmir: "Çünki bizdə alternativ statistika yoxdur. Ona görə də yalnız hökumətin verdiyi rəqəmlərə əsaslanırlar. Gürcüstanda isə alternativ statistika var və ona görə də obyektiv qiymətləndirmə mümkündür".

Belə sənədlərdən biri də Dünya Bankının "Doing Business 2021" hesabatıdır.

Bank bu yaxınlarda açıqlama verib ki, "Doing Business" 2018 və 2020-ci il hesabatlarında Azərbaycan, Çin, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən alınan məlumatlarda uyğunsuzluq olub.

Samir Əliyev
Samir Əliyev

İqtisadçı Samir Əliyev isə deyir ki, "Doing Business" Azərbaycan hökumətinin ən çox istinad etdiyi hesabatdır.

Son dövrlər hesabatda Azərbaycanın mövqeyində yaxşılaşma müşahidə edilirdi: “Ancaq hesabat həmişə kəskin müzakirə mövzusu olub və nəticələrin reallıqda uzaq olması barədə daim fikirlər səslənib”.

Ana səhifəXəbərlərNatiq Cəfərli: Bizdə alternativ statistika yoxdur, beynəlxalq hesabatlar hökumətin verdiyi rəqəmlərə əsaslanır