Natiq Cəfərli: ”Azərbaycanda ”üzən məzənnə” rejimi yoxdur”

Elman Rüstəmov: ”Milli valyutanın ”üzən məzənnə” rejiminə keçidi özünü doğrultdu”

Source:


Elman Rüstəmov: ”Milli valyutanın ”üzən məzənnə” rejiminə keçidi özünü doğrultdu”


“Azərbaycanda milli valyutanın “üzən məzənnə” rejiminə keçidi özünü doğrultdu”.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Elman Rüstəmov
Elman Rüstəmov

Onun sözlərinə görə, indiki şəraitdə qlobal iqtisadiyyatda vəziyyəti nəzərə alsaq, bu, düzgün qərardır və o, Azərbaycanın strateji maraqlarına uyğundur: “Azərbaycan manatı dayanıqlığı təmin edilməyənədək “üzən” rejimdə olacaq. Əsas vəzifəmiz manatın məzənnəsinin ifrat dəyişkənliyinin qarşısını almaqdır”.

Baş bankirin fikirlərini Meydan TV-yə şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, cənab Rüstəmovun açıqlamasında bir neçə təzad var: “Birincisi, Azərbaycanda “üzən məzənnə” rejimi yoxdur. Bu rejimin iqtisadi institutları və göstəriciləri olmalıdır. Yəni valyuta birjası, qiymətli kağızlar bazarı, həm də ölkəyə valyuta gətirən yüzlərlə şirkət olmalıdır ki, onlar birjalarda qazandıqları valyutanı manata çevirib vergilərini ödəsinlər. Bununla manat güclənəcəkdi. Vergi dönəmi olmayanda, ixracaat azaldıqda və idxal artdıqda dollara təlabat da artacaqdı. Bu, dəyişkən məzənnə kimi fəaliyyət göstərəcəkdi”.

Matiq Cəfərli
Matiq Cəfərli

İqtisadçı misal olaraq Rusiyanın da “üzən məzənnə”yə keçdiyini söylədi: “Düzdür, Rusiyada da müdaxilələr var. Amma “üzən məzənnə” kimi rubl ya möhkəmlənir, ya da ucuzlaşır. Bu dəyişkənliyi bazar tənzimləyir. Azərbaycanda isə “üzən məzənnə” rejimi yoxdur, hətta birinci devalvasiyadan sonra Elman Rüstəmov bildirmişdi ki, bu rejimə keçmək manatın kəskin dəyər itirməsinin, yaxud qazanmasının qarşısını almaq üçündür. Amma 10 ay sonra-dekabrda növbəti devalvasiya oldu. Bu amil ölkədə “üzən məzənnə” rejiminin olmadığını sübut edir. Nəhayət, Mərkəzi Bank tərəfindən valyuta məzənnələri inzibati qaydada tənzimlənir”.

Ana səhifəXəbərlərNatiq Cəfərli: ”Azərbaycanda ”üzən məzənnə” rejimi yoxdur”