Natiq Cəfərli: Azərbaycan qalib, Ermənistan məğlub oldu, amma Rusiya qazandı

Siyasi içmalçı Rauf Mirqədirov 10 noyabr bəyanatını Azərbaycan tarixinin “qara günü” adlandırılıb.

Source: Specify Source


Rauf Mirqədirov: “İlham Əliyev Azərbaycanın tarixinə xilaskar kimi daxil olmayacaq, çünki Rusiyanı Azərbaycana qaytarır”

“Müharibə elan olunması, sülh sazişi imzalanması bəyanatla ola bilməz. Yaxud Azərbaycan ərazisinə başqa dövlətin qoşunlarının gəlməsi bəyanatla həll edilməməlidir”.

Bu açıqlamanı hüquqşünas Hafiz Həsənov 10 noyabrda 3 dövlət başçısın imzaladığı bəyanatı Meydan TV-yə şərh edərkən səsləndirib.

O deyib ki, indiyə qədər bəyanatla başqa dövlətin ordusunun hansısa ölkəyə buraxılması presedenti olmayıb.

Hafiz-Hasanov.jpg
Hafiz Həsənov

Hafiz Həsənovun sözlərinə görə, sənəd Milli Məclisdə müzakirəyə çıxarılmalı və paralel olaraq xalqla müzakirə edilməlidir:

“Azərbaycan Konstitusiyası deyir ki, Milli Məclisin razılığı olmadan başqa dövlətin silahlı qüvvələri ölkəyə gətirilə bilməz. Bu həm Prezidentə, həm də Milli Məclisin səlahiyyətlərinə aid məsələlərdə qeyd olunur. İndiki halda 10 noyabrda imzalanan bəyanat nədir, hansı hüquqi öhdəliklər doğurur, Konstitusiya bunları tanıyırmı, bax, bu suallar açıq qalır. Ona görə də bu məsələ saziş və müqavilə formatında olmalı, ictimai müzakirəsi keçirilməli və razılığı alınmalıydı. Bir daha deyirəm: məsələ Milli Məclisə çıxarılmalıydı. Təəssüf ki, saziş və müqaviləylə tənzimlənməli məsələni icra hakimiyyəti tərəfindən belə bir bəyanatın imzalanması və bunun Azərbaycan üçün hüquqi öhdəliklər doğurması, suverenliyinə xələl gətirilməsi Konstitusiyaya ziddir”.

Hüquqşünas Fuad Ağayevin fikrincə, təəssüf ki, Azərbaycan qanunvericiliyində bu məsələ əsaslı şəkildə tənzimlənmir:

sayt-cover (2).png
Fuad Ağayev

“Ancaq ümumi götürdükdə, məsələ ölkənin suverenliyinə bağlı olduğu üçün referendumsuz başqa dövlətin ordusunu ərazimizə buraxılmamalıydı. Eyni zamanda, məsələ Milli Məclisin də müzakirəsinə çıxarılmayıb, bu amil də sual doğurur”.

Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan xalqının 10 noyabr Qarabağa dair mühüm razılaşmadan gecə saat dörddə xəbər tutmasını yolverilməz hesab edib.

Bu barədə “Turan” İA-na danışan Arif Hacılı deyib ki, ölkə ərazisinə xarici qoşunların yeridilməsini istisna edən Azərbaycan Konstitusiyasının və ölkənin müstəqilliyi haqda Bəyannamənin hakimiyyət tərəfindən pozulduğunu qeyd edib.

Arif Hacılı sazişin həyata keçiriləcəyinə şübhə ilə yanaşır: “Çünki Ermənistandan da Azərbaycanla sazişin şərtləri ilə bağlı siyasi qüvvələrin narazılığı barədə xəbərlər gəlir”.

Ümid Partiyasının sədri İqbal Ağazadə gecə sazişini Azərbaycanın qələbəsi adlandırmaqda çətinlik çəkib: “Ona görə ki sənəd problemi 1988-ci il səviyyəsinə qaytarır. O zaman Qarabağı Moskvanın rəhbərlik etdiyi sovet komitəsi idarə edib”.

O, sülh sazişini “yarımçıq” adlandırıb və Türkiyə hərbi kontingentinin nizamlanmada iştirakının aydın izahının olmamasına diqqəti çəkib.

arif-iqbal.jpg
Arif Hacılı və İqbal Ağazadə

Ümumilikdə, İqbal Ağazadə Rusiya ordusunun Qarabağa istənilən növ və əsasla qayıtmasının prinsipial olaraq əleyhinədir.

Milli Məclisdə hakim Yeni Yeni Azərbaycan Partiyasının təmsilçilərindən Aydın Mirzəzadə “Turan” İA-a sazişi “tarixi qələbə” adlandırıb.

Belə ki, əsasən Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq: “Azərbaycan Ordusu işğal olunmuş torpaqların bir hissəsini geri qaytardı, qalan hissəsi isə Ermənistan qoşunlarının çıxması ilə geri qaytarılacaq. Partiya bunu iki prezidentin – Heydər Əliyevin və İlham Əliyevin xidməti hesab edir”.

Untitled design (2).png
Aydın Mirzəzadə

Amma Aydın Mirzəzadə Rusiya Silahlı Qüvvələrinin Azərbaycana qayıtmasını imzalanmış sazişdə nöqsan hesab etmir:

“Çünki Rusiya ordusunun Qarabağdakı bölmələrinin sayı və niyyəti razılaşdırılıb. Sənədə əsasən, Rusiya Federasiyasının sülhməramlı qüvvələri beş il müddətinə yerləşdirilir”.

Natiq Cəfərli
Natiq Cəfərli

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Facebook” səhifəsində yazıb ki, 40 gün ərzində Azərbaycan qalib gəldi, Ermənistan məğlub oldu, bütün bunlardan isə 200 il ərzində olduğu kimi Rusiya fayda qazandı.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı imzalanan müqavilədə Azərbaycan üçün təhlükəli məqamların olduğunu deyir.

Akif Nağı foto sosial şəbəkə
Akif Nağı

O hesab edir ki, ermənilər sülhdən istifadə edərək cəmləşə, rusiyalı sülhməramlıların müdafiəsi altında silah toplaya və separatizm şüarı altında yeni müharibəyə başlaya bilər.

Azərbaycan ermənilərin sülh sazişinin şərtlərindən bu cür istifadə etməsinə yol verməməlidir.

85290.jpg
Rauf Mirqədirov

Siyasi içmalçı Rauf Mirqədirov 10 noyabr bəyanatını Azərbaycan tarixinin "qara günü" adlandırılıb.

“İlham Əliyev Azərbaycanın tarixinə xilaskar kimi daxil olmayacaq, çünki Rusiyanı Azərbaycana qaytarır”, – deyə Mirqədirov fikrini tamamlayıb.

Ana səhifəSiyasətNatiq Cəfərli: Azərbaycan qalib, Ermənistan məğlub oldu, amma Rusiya qazandı