Natiq Cəfərli: Azərbaycan iqtisadiyyatına ad qoymaq çətindir

Dövlətə məxsus 12 şirkətin zərərlə işlədiyi bildirilir

Source:
Natiq Cəfərli
Natiq Cəfərli

Azərbaycanda 100 faiz dövlətə məxsus olan, uzun illər zərərlə işləmiş 12 şirkətin 2017-ci ilin yekununda birgə yığılmış zərəri 9 523,082 milyon

manatdır

.

Beləliklə, “Azərsu” ASC 5 904,502, “Azərenerji” ASC 2 123,260, “Azərişıq” ASC 377,538, “Bakı Metropoliteni” QSC 371,739, “Azərkosmos” ASC 308,154, “Təmiz Şəhər” ASC 161,394, “Azəristiliktəchizat” ASC 136,108, “Sumqayıt Kimya Sənaye Parkı” MMC 66,694, “Aqrolizinq” ASC 43,980, “Azneftkimyamaş” ASC 24,951, “Yüksək Texnologiyalar Parkı” MMC 4,082, “Azərxalça” ASC 0,680 milyon manat zərər edib. Ümumi məbləğ 9 523,082 milyon manatdır.

Yığılmış zərəri ən çox olan dövlət şirkətləri “Azərsu” və “Azərenerji” ASC-dir. Su-kanalizasiya xidməti göstərən və elektrik enerjisinin istehsalı ilə məşğul olan bu qurumlar birlikdə 8,028 milyard manat vəsait itiriblər.

İqtisadçı Natiq Cəfərli deyir ki, belə bir durumda Azərbaycan iqtisadiyyatına ad qoymaq çətindir. Normal bazar münasibətləri yoxdur, iqtisadiyyat institutlaşmayıb, dövlət hər sahədə hegemon rol almağa çalışır, hər yerdə özü irəli çıxır, amma effektiv idarə edə bilmir:

“İqtisadiyyata kolxoz təfəkkürü ilə yanaşılır. Bütün dövlət şirkətləri korrupsiya bataqlığına batıb, qeyri-effektiv idarə olunur, büdcə üzərinə əlavə yük gətirir. Amma buna baxmayaraq, dövlət yenə iqtisadiyyatda birbaşa iştirakdan əl çəkmir”.

Natiq Cəfərli deyir ki, bütün bunların nəticəsidir ki, dövlətə məxsus olan, uzun illər zərərlə işləmiş 12 şirkətin 2017-ci ilin yekununda birgə yığılmış zərəri 9 milyard 523,082 milyon manat olub:

“Kolxoz təfəkkürü odur ki, borc-xərc edib göyə peyklər buraxırlar – Azərkosmos 308 mln. manat zərər edir, büdcədən pul ayırıb hər rayonda xalça sexi açırlar – “Azərxalça” ziyanla işləyir. SSRİ kimi böyük dövləti iqtisadiyyata anbar; kolxoz kimi baxmaq dağıtdı. Ən dəhşətlisi odur ki, bütün bu şirkətlər öz sahələrində təbii inhisarçıdırlar, monopolist olub da ziyanla işləmək isə nonsensdir, absurddur, çünki hələ büdcədən illərlə dotasiyalar da alırlar”.

Ana səhifəXəbərlərNatiq Cəfərli: Azərbaycan iqtisadiyyatına ad qoymaq çətindir