Natiq Cəfərli: 2018-ci ildə ölkəyə idxal artıb

Natiq Cəfərli

Natiq Cəfərli

''Azərbaycan adicə buğdasını belə əkib-becərə bilmir''

2018-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta hərraclarında 6 460,4 milyon dollar satıb. Bu, 2017-ci illə müqayisədə 2 862,3 milyon dollar və ya 79,55 faiz çoxdur.

İqtisadçı Natiq Cəfərli deyir ki, 2018-ci ildə valyutaya təlabat 2017-ci illə müqayisədə 80 faiz artıb:

"Səbəbi də odur ki, dövlət büdcəsindən xərcləri, layihələrin sayı artıb. Büdcədən xərclənən hər manatın ən azı 30-40 faizi korrupsiyaya yem olur. Həmin vəsaitin tamamına yaxını isə dollara çevrilir".

İqtisadçı deyir ki, 2018-ci ildə ölkəyə idxal artıb. Bu, bir daha sübut edir ki, ölkədə qeyri-neft sektorunun inkişafı məsələsi nağıldı. Keçən ilin 11 ayının məlumatlarına görə, idxal 2017-ci ilin 11 ayı ilə müqayisədə 36,49 faiz artıb. Natiq Cəfərli də deyir ki, bütün istəqəmətlər üzrə idxalda artım var:

1) Ət - 63,5 milyon dollarlıq,

2) Süd - 11 milyon dollarlıq,

3) Kərə yağı - 62 milyon dollarlıq,

4) Meyvə-tərəvəz - 144,5 milyon dollarlıq,

5) Çay - 45 milyon dollarlıq,

6) Buğda - 187,5 milyon dollarlıq,

7) Bitgi yağları - 120,3 milyon dollarlıq,

8)Şəkər - 82,4 milyon dollarlıq,

9) Plastik və onlardan hazırlanan məmulatlar - 331,7 milyon dollarlıq,

10) Dərman - 266,8 milyon dollarlıq ölkəyə idxal olunub.

Natiq Cəfərli deyir ki, Azərbaycan xam nefti satıb. Həmin xam neftdən alınan plastik xaricdən idxal edir:

"Özü də 331,7 mln. dollar həcmində. Ya da, xaricdən 144,5 mln. dollarlıq meyvə-tərəvəz alırıq. Azərbaycan adicə buğdasını belə əkib-becərə bilmir. Keyfiyyətli məhsul alınmır, hər il buğdaya 200 mln. dollar xərcləyir. Buğda "iPhone" deyil, "Mercedes" deyil, kosmik gəmi deyil. 10 min ildi insan övladı buğdanı əkib-becərməyi öyrənib, amma bizdə hələ də alınmır".

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/45pbhy

Ən çox baxılan