Narkomanların və psixi xəstələrin də sayı artır

“2000-ci ildən etibarən qeydiyyata alınmış toksikomanların sayı 104 nəfərdən 130 nəfərə qədər artıb”

Source:


“2000-ci ildən etibarən qeydiyyata alınmış toksikomanların sayı 104 nəfərdən 130 nəfərə qədər artıb”

Son 14 ildə Azərbaycanın müalicə-profilaktika müəssisələrində uçota alınmış narkomanların sayı iki dəfədən çox artıb. Dövlət Statistika Komitəsindən “Turan İA”a verilən məlumata görə, 2000-ci ildə uçotda olan narkomanların sayı 14010 nəfərə, 2013-cü ildə isə 28376 nəfərə çatıb. Bu zaman 2013-cü ildə ilk dəfə olaraq “narkomaniya” diaqnozu ilə 1509 nəfər uçota alınıb.

2010-cu ildən ilk dəfə uçota götürülən narkomanların sayı azalır. Eyni zamanda, qeydiyyata alınmış alkoqoliklərin və alkoqol psixozu xəstələrinin sayı artıb – 2000-ci ildə 19591 nəfərdən 2013-cü ildə 21584 nəfərə çatıb. Onlardan 879 nəfəri ilk dəfə ötən il uçota götürülüb.

Bildirilir ki, 2000-ci ildən etibarən qeydiyyata alınmış toksikomanların sayı 104 nəfərdən 130 nəfərə qədər artıb.

Eyni zamanda, qeydiyyata alınmış psixi xəstələrin sayı da artır. Belə ki, 2000-ci ildə müalicə-profilaktika müəssisələrində 97 279 nəfər uçotda idisə, 2013-cü ildə onların sayı 124134 nəfərə çatıb. 2010-cu ildən hər il təxminən 5 min nəfər psixi xəstəliklər diaqnozu ilə uçota götürülür.

Ana səhifəXəbərlərNarkomanların və psixi xəstələrin də sayı artır