Narkoloji Mərkəzdə yanğınla bağlı həbs edilən həkim ölüb

Həkimin bir müddət əvvəl infarkt keçirdiyi bildirilir

Source:
Yanan Narkoloji Mərkəz
Yanan Narkoloji Mərkəz


Həkimin bir müddət əvvəl infarkt keçirdiyi bildirilir

Respublika Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilən həkim Azad Ələkbərov vəfat edib.

Bu barədə “Oxu.Az” saytına A. Ələkbərovun vəkili Fuad Ələkbərov məlumat

verib.

O, deyib ki, A.Ələkbərov Müdafiə Nazirliyinin Hospitalında sentyabrın 28-dən 29-na keçən gecə vəfat edib. Vəkilin sözlərinə görə, A.Ələkbərov bir müddət əvvəl infarkt keçirib.

A.Ələkbərov Mərkəzin şöbə müdiri vəzifəsində çalışıb.

Narkoloji Mərkəzdə yanğın 2018-ci il mart ayının 2-də baş verib. Yanğın nəticəsində korpusda həmin an olan 55 xəstədən 25-i

ölüb.

Hadisə ilə bağlı mayın 4-də mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov həbs ediliblər.

İstintaqın versiyasına görə, Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib.

Bu məqsədlə mart ayının 2-si saat 06:00 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib.

Ana səhifəXəbərlərNarkoloji Mərkəzdə yanğınla bağlı həbs edilən həkim ölüb