Nardaranlıların olduğu xəstəxananın həyətində qumbara tapılıb

Qumbara Sabunçu Rayon Polis İdarəsinə (RPİ) təhvil verilib

Source:


Qumbara Sabunçu Rayon Polis İdarəsinə (RPİ) təhvil verilib

3 saylı Sabunçu Şəhər Klinik Xəstəxanasının həyətində “F1” qumbarası tapılıb. “Report”un xəbərinə görə, qumbara Sabunçu Rayon Polis İdarəsinə (RPİ) təhvil verilib.

Noyabrın 26-da Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi əməliyyatda polisə müqavimət göstərən bir neçə nəfər yaralanıb. Onlar hazırda 3 saylı Sabunçu Şəhər Klinik Xəstəxanasında müalicə olunur. Polis əməkdaşları xəstəxananın giriş-çıxışına nəzarət edir.

Ana səhifəXəbərlərNardaranlıların olduğu xəstəxananın həyətində qumbara tapılıb