26 noyabrda Nardaranda baş verən atışmadan sonra bu kəndin problemləri birə – beş artıb. İndi nardaranlıların işıqları yanmır, kəndə ərzaqlar gəlmir, sakinləri Nardarandan çıxmağa qoymurlar. Bakıda müxtəlif yerlərdə işləyən nardaranlıları işdən çıxarırlar. Kənd camaatı belə deyir.
Nardaranlılar bu problemlərin süni şəkildə yaradıldığını düşünürlər.
İndi kənd camaatı növbələşərək, İmam Hüseyn meydanında ocaq başında toplaşaraq həlak olanların meyitlərini gözləyirlər