Nardaran sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə Ağsaqqallar şurasının sədri
Hacı Natiq Kərimov hər şeyin sülhlə həll olunacağını deyib.
Onlar İmam Hüseyn meydanını boşaltmağa, kəndə girişdə qurulan postları dağıtmağa qərar veriblər.
Nardaran sakinləri
26 noyabrda baş verən atışmadan sonra
gecə-gündüz
meydanda toplaşırdılar.
Onlar ilk növbədə
cənazələrinin verilməsini tələb edirdilər.