“İdarə onların fəaliyyətinə görə heç bir məsuliyyət daşımır”
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Nardaran qəsəbəsində yalnız bir məscidi rəsmi tanıdığını açıqlayıb.
Bu barədə APA-ya QMİ-nin təşkilati məsələlər şöbəsinin müdiri Hacı Əlirza Qafarov bildirib.O qeyd edib ki, Nardaran qəsəbəsi üzrə yalnız Cümə məscidi qeydiyyata alınıb və QMİ tərəfindən axund təyin olunub: “Həmin məscidin axundu Hacı Musa Qasımovdur”.
Onun sözlərinə görə, qəsəbədəki digər məscidlər – Rəhimə Xanım məscidi, Qulam Əli məscidi, Kiçik məscidi və Ağa məscidində QMİ tərəfindən təyinat olmayıb: “İdarə onların fəaliyyətinə görə heç bir məsuliyyət daşımır”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da Nardarandakı məscidlərin qeydiyyatdan keçmədiyini bildirmişdi.