Nardaranda yenə silah tapıldığı deyilir

“Bağlar yolu” massivində yolun kənarında ağ mələfəyə bükülmüş silah aşkarlanıb

Source:

“Bağlar yolu” massivində yolun kənarında ağ mələfəyə bükülmüş silah aşkarlanıb

Bakının Nardaran qəsəbəsində növbəti dəfə silah-sursat tapıldığı iddia edilir. “Report” xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin keçirdiyi birgə əməliyyat nəticəsində Nardaran qəsəbəsi, “Bağlar yolu” massivində yolun kənarında ağ mələfəyə bükülmüş 1 ədəd qundağı kəsilmiş və lüləsi kəsilmiş 12 çaplı, 1 ədəd 16 çaplı, 1 ədəd nömrəsi silinmiş 12 çaplı ov tüfəngləri və 12 ədəd təyinatı üzrə ov tüfənginin patronları aşkar olunaraq götürülüb.

Ana səhifəXəbərlərNardaranda yenə silah tapıldığı deyilir